Bakıda oğurluq etmiş cinsi azlıq nümayəndələri tutulub. Lent.az xəbər verir ki, Bakı şəhər sakini, Zərifə Əliyeva küç 28 ünvanındakı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Aytən Vahabova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, iyulun 20-də gecə saatlarında cinsi azlıq nümayəndəsi olan Elşad adlı (Elena ləqəbli) tanışı onun evindən xeyli qızıl oğurlayıb.
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda həmin şəxsin iştirakı təsdiqini tapıb. Məlum olub ki, Elena ləqəbli həmin şəxs digər cinsi azlıq nümayəndəsi olan Qismət adlı şəxslə birgə mənzildən 6 min manatlıq qızıl oğurlayıb. Onlar etiraf ediblər ki, 22 yaşlı Aytənin evindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub