Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Bakı-Sumqayıt istiqamətində taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib.
S.Şahverdiyev onların fikirlərinin əsassız olduğunu dilə gətirib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub