Masallı rayonunda 72 yaşlı qadın döyülüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1945-ci il təvəllüdlü Şərqiyyə Abı qızı Şahbazova gəlini, 1985-ci il təvəllüdlü Billurə Ramiz qızı Şahbazova tərəfindən döyülüb. Ş.Şahbazovanın oğlu Ehtiram Şahbazovun verdiyi məlumata görə, qardaşı Taleh B.Şahbazova ilə boşanma ərəfəsindədir. Onun sözlərinə görə, Ş.Şahbazova 72 yaşlı qadını küt alətlə döyərək ona müxtəlif xəsarətlər yetirib.
Ş.Şahbazova oğlanları tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub