Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb.
Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub