Ağladım ki, bakirəyəm. O, isə..." Zorakılığa məruz qalan qadının QANDONDURAN İFADƏSİ

665
Ağladım ki, bakirəyəm. O, isə..." Zorakılığa məruz qalan qadının QANDONDURAN İFADƏSİ

"Qışqırdım ki, indi özümü maşından atacağam. Dedilər “atırsan at, cəhənnəmə at”. Həmin vaxt şoka düşdüm. Fərid maşını bərk sürərək Hövsan yoluna döndü. Ora çatan kimi maşını saxlayıb indiyə kimi eşitmədiyim nalayiq ifadələrlə "görün sizi neyniyəcik" deyə bağırırdı... Ağladım ki, bakirəyəm. O, isə..."

Bu ifadələr Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev və Vüsal Babayev tərəfindən seksual istismara məruz qalan zərərçəkən qadına məxsusdur. F.Azayevlə yanaşı eyni məhkəmədə qardaşı Faiq Azayev də ittiham olunub.

Qeyd edək ki, adı çəkilənlərlə birgə suçlanan Sona Kərimovanın məhkəməsi artıq bitib. Bu məhkəmə prosesi qapalı keçirildiyindən təqsirləndirilən şəxslərin əməlləri barədə geniş informasiya yox idi.

Mynews.az Lent.az-a görə məlumat verir ki,bu məhkəmə prosesi ilə bağlı əldə etdiyi məlumatlarda çox heyrətamiz, qorxunc məqamlar var.

Onu da diqqətinizə çatdıraq ki, bu insanlar mətbuatda həm də məşhur şou-biznes nümayəndələrinin adı ilə xatırlanıblar. Belə ki, Faiq Azayevin müğənni Rəqsanə İsmayılovanın, qardaşı Fərid Azayevin isə produsser Təranənin sevgilisi olduğu bildirilib.

Rəsmi ittihama görə, Azayev Fərid İsif oğlu 22 dekabr 2014-cü il tarixdə gecə saat 02.30 radələrində “Range Rover” markalı avtomaşınla hərəkətdə olarkən, Bakıxanov küçəsində yerləşən “Solo Karaoke” klubunda keçirilən doğum günü mərasimindən çıxıb taksi tapmaq istəyən Gürcüstan vətəndaşı Nigar (ad şərtidir) və Azərbaycan vətəndaşı Gülnarın (ad şərtidir) yanına yaxınlaşıb. O, bir-neçə dəfə qızlara təklif edib ki, onları istədikləri yerə aparsınlar. Lakin qızlar rədd cavabı verib. Rədd cavabı alsa da avtomaşınla qızların qarşısına keçərək onlarla getmələrində israr edib. Bu vaxt qarşıdan Yasamal RPİ-nin Post Patrul Xidməti avtomaşını gəlib və qızlar fürsətdən istifadə edib taksiyə miniblər. F.Azayev isə "Kia Rio" markalı taksini təqib edərək saxlatdırıb və qızları zorla öz maşınına əyləşdirib. Qızları evlərinə aparacağı vədi ilə aldadan Fərid Azayevin yanında Vüsal Babayev olub. Yolda isə Nigarın səs-küy salmasına, ağlamasına məhəl qoymayan Azayev maşını sürətlə idarə edərək , “Zığ-Aeroport” yolundan “Hövsan yolu”na dönərək Xətai rayonu Naximov küçəsi döngə 2-də avtomaşınını saxlayıb. Burada o, “düşün fahişələr, görün sizə nə edəcəyik?” sözlərini deyib. Nigar maşından düşərək qaçmaq istəsə də, onu tutub. Nigara zor tətbiq edərək ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman tanışı Vüsal Babayev də onun bu əməli yerinə yetirməsində köməklik edib. Ona görə hər iki şəxsə ittiham verilib.

İş üzrə dindirilən zərərçəkmiş Nigar ifadəsində göstərir ki, Gürcüstan vətəndaşıdır. Hadisə günündən danışan zərərçəkmiş rəfiqələri ilə restorandan çıxdığını deyib: “Restorandan çıxdıq. Taksi sifariş etmişdik. Bu zaman “Range Rover” markalı avtomobil yanımıza yaxınlaşıb “hara gedirsiniz, sizi aparaq” dedi. Biz razılaşmadıq. “Range Rover” yavaş-yavaş arxaya verdi, sağ tərəfdə oturan oğlan söz atmaqda davam edirdi. Yolu keçmək istəyəndə maşını sürətlə sürüb yenə bizim qarşımızı kəsdi. Sonradan adını Vüsal kimi bildiyim oğlan bizi evə aparacaqlarını bildirdi. Gürcü dilində Vüsalla danışdım. Fikirləşdim ki, bəlkə bilərlər xarici vətəndaşıq və bizdən əl çəkərlər. Həmin oğlan rus dilində məndən gürcüstanlı olmağımı soruşdu. Cavab vermədən yolu keçib taksiyə mindim. Bir müddət gedəndən sonra taksi sürücüsünə polis olduqlarını dedilər və taksini saxlatdılar. Bizi zorla maşından düşürdərək söyüşlər söyürdülər. Sonra and içdilər ki, sizi evə aparacağıq. Vüsalgil “Azdrama” dairəsindən “Qış bulvarının” yanı ilə gedərək sağa dönüb "Sahil metrosuna" tərəf getdilər. Ora çatanda hiss etdim ki, bunlar bizi evə aparmaq istəmir. Dedilər “buradan yol yoxdur, "protivdir", qabaqdan "28 May"a tərəfə dönəcəyik”. Amma onlar dönmədən düz getdilər. Qışqırdım, dedim özümü maşından atacağam. Dedilər “atırsan at, cəhənnəmə at”. Həmin vaxt şoka düşdüm. Fərid maşını bərk sürərək Hövsan yoluna döndü. Ora çatan kimi maşını saxlayaq nalayiq ifadələrlə “görün sizi neyniyəcik" deyə qışqırdı. Mən ona günahımızın olmadığını dedim. O, məni belimdən tutub yerə uzandırmaq istədi. Qışqırdım ki, bakirəyəm. Bu fikrindən döndü. Amma məni yerə oturdurub dedi “gör Azərbaycan kişiləri necə olur”. Mənə qarşı seksual xarakterli hərəkətlər törətdi. (Zərərçəkən işgəncə ilə zorlandığını bütün detalları ilə anlatsa da onları geniş oxucu kütləsinə təqdim edə bilmirik - red.) Sonda zorla əlindən qurtarıb maşın yoluna qaçdım. O, məni tutub “nə kino açırsan, min maşına evinə aparıram sakitləş, panika yaratma” dedi. Qorxumdan maşına mindim və məni evə gətirdi. Bu barədə polisə məlumat verdik”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmədə adı çəkilən insanlar barədə hökm verilib. Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il və Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti