Həyətdəki su quyusuna atılaraq boğulan körpənin bu gün altıaxşam şadlıq məclisi olmalı imiş. Belə ki, ailə üzvləri lənkəranlı olsalar da Bakıda yaşayır. Lənkərana da digər yaxın qoumlarla birlikdə gəliblər. Ümumiyyətlə hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nurullayev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nurullayeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olub. Anasının yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. Elə bu səbəbdən də artıq bir neçə nəfər ifadəsi alınması üçün sorğuya alınıb. Bu körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub