Bərdədə 5 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Mynews.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Əyricə kəndində baş verib. VAZ2107 markalı avtomobillə Prirora markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb. Priora markalı avtomobilin sürücüsü Yeni əyricə kənd sakini 51 yaşlı Qasımov Valeh Saleh oğlu və vaz 2107 markalı avtomobilin sürücüsü və sərnişinləri Nəcəfqulubəyli kənd sakinləri 57 yaşlı Abbasov Rafil Alı oğlu, onun həyat yoldaşı 51 yaşı Abbasova Kəmalə Şirin qızı onların övladı 29 yaşlı Abbasov Seymur Rafil oğlu və digər sərnişin 22 yaşlı Abbasova Atlaz Yusif qızı ağır bədən xəsarətləri alaraq Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri ağır olaraq qalır.
Abbasova Atlaz Yusif qızının vəziyyəti ağırlaşdığından Mİngəçevir şəhər mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub