Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda yeni doğulan uşağın ölməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, iyulun 30-da, saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğu haqda məlumat verib.
Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub