Hacıqabul rayonunda 5 nəfərin öldürüldüyü, 1 nəfərin isə ağır yaralandığı qanlı hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub