Yol qəza hadisəsi baş verib. Mynews.az ARB TV-yə istinadən verdiyi xəbərə görə, hadisə səhər saat 9 radələrində baş verib.
Quba-Xaçmaz yolu ilə hərəkət edən iki “VAZ 2104” markalı avtomobil toqquşub. Yolun 14-cü kilometrliyində, Barlı kəndi ərazisində baş verən hadisə nəticəsində 27 BJ 779 nömrə nişanlı avtomobildə olan sürücü, Xaçmaz sakini Ariz Niftəliyev və sərnişini Fuad Rəhmətullayev xəsarət alıb. 40 BK 932 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Xaçmaz sakini İlham Niftəliyev isə yüngül xəsarətlər alıb. Hadisə şahidləri qəzaya səbəb kimi yolun buzlu olmasını göstərir.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki nəqliyyat vasitəsi isə zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırmalar aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub