"Bıçaqla oğlumun gözünü çıxarıb..." - Ana məhkəmədə haqqını tələb edir

535
"Bıçaqla oğlumun gözünü çıxarıb..." - Ana məhkəmədə haqqını tələb edir

Keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqdirləndirilən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkən şəxsin anası Səbinə Cəbrayılova ifadə verib. O qeyd edib ki, Səyyaf onun keçmiş kürəkəni olub: "Evdəydik. Oğlum qəfildən uca səslə qışqırdı "ana, kömək elə". Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərəsindən tullananda onu dəqiqliklə gördüm. Qonşunun evinin işığı onun üzünə düşürdü".

Səbinə Cəbrayılova bildirib ki, qızının keçmiş ərinin məqsədi oğlunu öldürmək olub: "Bıçaqla onun bir gözünü çıxarıb, o birinə isə xəsarət yetirib. Boğazını kəsmək istəyəndə E.Cəbrayılov qolu ilə ona maneə olub. Səs-küyə ailənin digər üzvləri oyandığı üçün S.Həsənov pəncərədən qaçıb. O, bizdən qisas almaq istədi. Oğlumun nə günahı var idi? Mənim balamın gözü geri qayıtmayacaq. Analıq haqqımı tələb edirəm. Ona ən ağır cəza verilməsini istəyirəm".

Qeyd edək ki, hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd etməkdə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini E.Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Həsənov tutulub.

Xəbər lenti