Dələduzluqda təqsirləndirilən şirkət direktoru Abbas Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Hacıyev “Əzizbəy-KM” MMC-nin direktoru olub. O, mənzilləri bir neçə nəfərə satmaqda təqdirləndirilərək həbs edilib.
MMC direktorundan Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Südabə Səmədova Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə şikayət etmişdi. S.Səmədova şirkətin direktoru Abbas Hacıyevə mənzil almaq üçün 36 min manat verib.
Lakin bir müddət sonra məlum olub ki, ona veriləcəyi deyilən mənzilin daha bir neçə “sahibi” var imiş. Eyni mənzil bir neçə adama satılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub