Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.
Mynews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub