Gecə Bakıda içində yararsız şinlərində olduğu böyük bir qamışlıq sahə yanıb. Ərazidə dəmiryolu xətti və yaşayış evləri oluğundan vətəndaşlar üçün təhlükə yaranıb. Hüquşunaslar isə məsuliyyətsiz davranan vətəndaşlara xəbərdarlıq edir.
Ani diqqətsizlik az qalsın böyük yanğına səbəb olacaqdı.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə Bakıda Xətai rayonu "Bakı Avtomobil" zavodunun ərazisində baş verib. Hadisə zamanı min kvadratmetr sahədə qamışlıq və 50 ədəd istisimara yararsız avtomobil şinləri yanıb.
Hadisə yerinə bir neçə yanğın söndürən avtomobil və canlı qüvvə cəlb olunub.Yanğını mobil telefonu ilə çəkən şəxs ətrafda olanlara yüksək gərginlikli naqillərin qırıldığını deyərək diqqətli olmalarını deyib.
Yanğınsöndürənlər çətinliklə də olsa alovun qarşısını alıblar. Ərazidə yerləşən evlər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub.Sakinlər deyir ki, sözügedən ərazidə yay vaxtı belə hadisələr tez-tez baş verir. Səbəbi quru qamışlıqdan keçən şəxslərin siqareti söndürmədən atmasıdır.
Hüquqşünaslar bildirir ki, belə şəxslər məsuliyyətə cəlb edilə bilər.
Qeyd edək ki, sözügedən məsuliyyətsizlikdən yəni siqaret atılması zamanı baş verən yanğında insan həyatını itirərsə, onda həmin şəxs 3 il müddətinədək azadlıqdan məhrum edilə bilər.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub