Masallıda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Şatıroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı xəstəxanada vəfat edib.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
T.Quliyevin qardaşı bildirib ki, ilkin ehtimala görə, qardaşı içki məclisindən çıxarkən mübahisə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub