Bakıda təcili yardım sürücüsü özünü binadan atdı, ağaca ilişib sağ qaldı

502
Bakıda təcili yardım sürücüsü özünü binadan atdı, ağaca ilişib sağ qaldı
Bakıda intihara cəhd hadisəsi baş verib.   Hadisə Nəsimi rayonunda qeydə alınıb.   Mir Cəlal Paşayev küçəsi, 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.   B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.   B.Mahmudovun vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, o, Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsüdür.   Faktla bağlı araşdırma aparılır.  /// virtualaz

Xəbər lenti