Türkiyənin Alanya bölgəsinin Karğacık qəsəbəsindəki hotellərdən birində azərbaycanlı qadın iranlı ərini öldürüb, daha sonra otağa və meyitə od vurub.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Hotelin otaqlarından birindən tüstü və alov qalxdığını görən personal yanğınsöndürənlərə və polisə zəng vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb.
Məlum olub ki, həmin otaqda qalan ər-arvad müntəzəm olaraq bir-biri ilə dava ediblər. Həmin axşam qadın içki şüşəsi ilə ərini yaralayıb, daha sonra otağa od vurub. O, polislər tərəfindən həbs olunub. Qadın azərbaycanlı olsa da, özü və ərinin İran vətəndaşlığı olduğu bildirilir, kimlikləri açıqlanmır. Qadının öldürdüyü və od vurduğu ərinin meyiti isə xəstəxana morquna aparılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub