Naxçıvanda dəhşətli hadisə baş verib.
Mynews.az Metbuat.az xəbər verir ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına aparıb, bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşağın çığırtısını eşidib və həmin şəxsi yaxalayıb.
Azyaşlının ötən gün Culfadakı xəstəxanada vəfat etdiyi deyilir.
Əhali tərəfindən ələ keçirilən şəxsin əlləri və ayaqları yandırılıb. Cinsiyyət orqanı kəsilib. Daha sonra polis onu insanların əlindən alaraq həbs edib.
Qeyd edək ki, yuxarda qeyd edilənləri jurnalist Aynur Qurbanqızı şəxsi "Facebook" səhifəsində paylaşıb.
Hadisə hələki rəsmi orqanlar tərəfindən təsdiqini tapmayıb. Qeyd olunanların həqiqət olub-olmadığı istiqamətində araşdırmamızı davam etdiririk.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub