Amerikada dəhşətli hadisə baş verib. Öz qızını öldürmək istəyən qadın hadisəyə oğurluq görüntüsü verərək polisləri çaşdırmağa çalışıb.
Mynews.az xəbər verir ki, 34 yaşlı Yin Sothera və 33 yaşlı Çem Sovanna gecəyarısı dostları ilə yaxınlıqdakı kluba kart oynamağa gediblər. Bir neçə dəqiqə sonra dostlarından ayrılan Yin gizlicə evinə qayıdaraq 5 aylıq qızının ağzını bağlayıb, qara zibil paketinə qoyaraq pəncərədən aşağı sallayıb. Bütün bunlardan sonra qadın heç nə olmamış kimi dostlarının yanına qayıdıb.
Uşağın ağlama səslərini eşidən qonşular dərhal polisə və təcili tibbi yardıma xəbər verib. Xoşbəxtlikdən 4 saat ağzı bağlı paketdə pəncərədən asılı qalan körpənin həyatını xilas etmək mümkün olub.
Qonşular hadisəni ananın törətdiyini iddia edib. Onların sözlərinə görə, bunu heç kəs etməzdi:
"Qız olduğu üçün o uşağı öldürmək istəyirdi. Dəfələrlə döydüyünün şahidi olmuşuq".
Polis faktla bağlı istintaq başladıb. 34 yaşlı Yin törətdiyi əməldən peşman olduğunu desə də, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum edib.
(publika.az)
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub