Hövsanda özündən 20 yaş böyük qadınla gizli sevişən oğlandan DƏHŞƏTLİ ADDIM ŞOK TƏFƏRRÜAT

579
Hövsanda özündən 20 yaş böyük qadınla gizli sevişən oğlandan DƏHŞƏTLİ ADDIM ŞOK TƏFƏRRÜAT

Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiyada araşdırılır.

İttihama görə, qətl hadisəsi Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.

Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub və sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib və qazandığı pullarla həm özünü, həm də övladını dolandırıb.

Paytaxtda tikintidə fəhləliklə məşğul olan və kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb.

Daha sonra Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və bundan sonra Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.

Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin onunla münasibətlərinin başqa cür olmasını görüb. Gənc oğlan özündən yaşca böyük olan sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib.

Hadisə baş verən günü Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Həmin vaxt Zülfiyyə uşağı məktəbə qoyaraq kirayə yaşadığı evə gəlirmiş. Onlar birlikdə evə gəliblər.

Evdə Paşa ilə Zülfiyyə söhbət ediblər. Söhbət əsnasında Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.

Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslini söyüb. Otağa geri qayıdan Paşa Cəbraylov qadına “sən yolunu açıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.

Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində etdiyini bildirib.

Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2010-cu ildən işləmək üçün Sabirabad rayonundan çıxıb və paytaxta gəlib. Patraxtda müxtəlif yerlərdə işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, Zülfiyyə Eəhimova ilə 2012-ci ildə Hövsan qəsəbəsində olan “Tropikanka” kafesində tanış olub.

Paşa Cəbrayılov deyib ki, onların aralarında dostluq münasibətləri yaranıb, gecələr işdən çıxanda onu həmişə evə ötürüb: “Zülfiyyənin Zəhra adında bir qızı vardı. O, qızı da özü ilə kafeyə gətirirdi. Onunla münasibətlərimiz daha da istiləşmişdi. Bu səbəbdən özüm qaldığım kirayə evdən çıxdım və Zülfiyyənin kirayə qaldığı evə köçdüm. Həmin gündən onunla bir yerdə yaşamağa başladım”.

Paşa Cəbrayılov bildirib ki, 2016-cı ilin martında Zülfiyyə Rəhimova başqa bir kafedə işləməyə başlayıb. Onun sözlərinə görə, həmin vaxt Rusiyaya - ata-anasının yanına gedib: “Bir ara Rusiyada qalsam da, Zülfiyyə üçün pul göndərdim”.

Bu ilin yanvarında Rusiyada qayıtdığını deyən Paşa Cəbrayılov bildirib ki, Zülfiyyə ilə yenidən yaşamaq istəyib. Amma Zülfiyyə onunla yaşamaq istəmədiyini deyib: “Mən ona dedim ki, sən yolunu itirmisən. Bu zaman Zülfiyyə məni nalayiq ifadələrlə söydü. Məni də geri qayıdaraq onu boğdum”.

Paşa Cəbrayılov ifadəsinin sonunda Zülfiyyə Rəhimovanı öldürmək istəmədiyin, tərətdiyi əməldən peşman olduğunu deyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Zülfiyyə Rəhimovanın bacısı Ceyhunə Rəhimova bildirib ki, hadisədən əvvəl Paşa Cəbrayılovu tanısa da, onun bacısı ilə olan münasibətlərindən xəbəri olmayıb.

Ceyhunə Rəhimovanın sözlərinə görə, bacısı Türkiyə vətəndaşı Mustafa Aksoyla ailə qurub və onların birgə nikahlarından Zəhra adında qızları olub. O, ifadəsinin sonunda məhkəmənin ədalətinə güvəndiyini, təqsirləndirilən şəxsə ən layiqli cəzanın verilməsini istəyib.

Prosesdə hadisənin şahidləri və sənədlər elan olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Çıxış etmək üçün prokurora söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses avqustun 4-də davam edəcək.

Xəbər lenti