Bakı-Qazax magistral yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.
“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
Bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları - 5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.
Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, 7 yaşlı Nihadın vəziyyətinin normal olduğu bildirilir. Avtomobilin sürücüsü və bir uşaq sərnişin qəzada xəsarət almayıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub