Fransanın Tin dağ-xizək kurortunda qar uçqunu nəticəsində ölənlərin sayı dördə çatdı. Daha beş nəfərin axtarışı davam edir.
Mynews.az-ın məlumatına görə, bu barədə bazar ertəsi xilasedicilərə istinadən BFMTV telekanalı məlumat yayıb.
Daha öncə iki nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Bələdçi də daxil olmaqla doqquz nəfər bazar ertəsi səhər saatlarında 2,1 min metr yüksəklikdə qar uçqunu altında qalıb. Xilasedicilərə qar uçqunu barədə məlumat yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) daxil olub. Bir saatdan artıq vaxtdan sonra sürüşmək üçün kənar yolda ilk sağ qalanların və ölənlərin meyitləri aşkar edilib.
Tin – Fransanın Rona-Alp regionunda yerləşən, Savoya depatamentinə aid olan rayondur. Rayonda populyar dağ-xizək kurortu yerləşir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub