Gənc aktyor Ramil Zeynalovun anası dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a bu barədə aktyorun yaxın dostu Rasət Mehdiyev məlumat verib. Onun sözlərinə görə, aktyorun anası Xumarə Zeynalova uzun müddət qara ciyərilə bağlı xəstəlikdən əziyyət çəkib. Müalicə olunan X.Zeynalovanın dünyasını dəyişməsinə səbəb vəziyyətinin qəfil pisləşməsi olub.
Mərhum bu gün ata-baba yurdu Bərdə rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Qeyd edək ki. R.Zeynalov 2000-2004-cü illərdə Gənc Tamaşaçılar Teatrında çalışıb. 2004-cü ildə Şuşa Dövlət Dram Teatrında fəaliyyət göstərib. Rusiya istehsalı olan “Russkiy Perevod” (2006) serialında çəkilib. Azərbaycanda “Durnalar qayıdanda”, “Məhkumlar”, “Bir ovuc torpaq” və digər filmlərdə rol alıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub