Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, Xızı Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək məktəbin tədris bazası olmamasına, istehsalat təcrübəsinin faktiki keçirilməməsinə baxmayaraq gözətçi, sürücü, paltarsaxlayan və ocaqçı kimi rəsmiləşdirilən artıq ştat vahidlərinə, əlavə tarifləşdirilmiş dərs saatları verilən, əvəzçiliklə işləyən, habelə şagirdlərin davamiyyəti olmadığı halda qrup jurnallarında əsassız olaraq rəsmiləşdirilmiş pedaqoji işçilərə 47 min 971 manat məbləğində artıq əməkhaqqı ödənilib.
Həmin fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub