Bu ilin altı ayı ərzində Azərbaycanda 20 motosiklet qəzası baş verib.
Mynews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
O qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir:
“Motosikleti başa “kasqa” taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”.
K.Əliyev bildirib ki, motosikletlərin qayda pozuntusunu yalnız arxa hissədən çəkmək mümkündür: “Çünki onlara bir ədəd dövlət nömrə nişanı verilir, o da arxada olur. Buna görə də qayda pozuntusunu ön hissədən çəkdikdə bunun kimin tərəfindən törədildiyini dəqiq müəyyən etmək mümkün deyil. Avropa ölkələrinin əksəriyyətində də motosiklet sürücülərinin törətdiyi qayda pozuntuları ilə bağı problem dövlət nömrə nişanlarının arxada olması və onların kamera və radarlardan kənarda qalması ilə bağlıdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub