Qardaşım generala görə intihar etdi Məhkəmədə qalmaqal

642
Qardaşım generala görə intihar etdi Məhkəmədə qalmaqal

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Mətləb Mustafayev çıxış edib. O, evində və bacısı İradə Hümbətovanın evində axtarış aparılmasının qanunsuz olduğunu və intihar edən MTN polkovniki olan qardaşı Mətləb Mustafayevin Elçin Quliyevə görə bu yolu seçdiyini deyib.

Bu zaman Elçin Quliyev və zərərçəkən arasında mübahisə yaranıb.

Elçin Quliyev zərərçəkənə barmağını ona tərəf uzatmamasını istəyib və onu təhqir edib.

Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Həmçinin hakim Elbəyi Allahverdiyev və zərərçəkən Mətləb Mustafayevin dediklərinin protokollaşmasını istəyib.

Elçin Quliyev qısa ifadə verərək Malik Mustafayevin intiharı ilə heç bir əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Xəbər lenti