Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Astara məhkəməsində pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.
Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.
R.İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova "Amrahbank"-dan kredit götürən zaman zamin durubmuş.
Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.
R.İmanovun yaxınlarının verdiyi məlumata görə, Astara məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub