Özünü televiziya işçisi kimi təqdim edən şəxsin müdhiş fırıldağı "Pul alıb, efirə çıxardacam desə də..." - VİDEO

533
Özünü televiziya işçisi kimi təqdim edən şəxsin müdhiş fırıldağı "Pul alıb, efirə çıxardacam desə də..." - VİDEO

Bakıda gəlinlik mağazasında fırıldaqçılıq hadisəsi yaşanıb. 
 
Mynews.az xəbər verir ki, bu barədə azxeber.com-a müraciət edən mağaza sahibəsi Güləbətin Əsgərovanın sözlərinə görə, özünü televiziya işçisi kimi təqdim edən şəxs mağazaya daxil olaraq onlara reklam təklif edib:
 
"Bizə dedi ki, Xəzər TV-də verilişlərin birində gəlinlik mağazasının reklamını verəcək. Mən də bu şəxslə bir neçə dəqiqə ünsiyyətdə oldum. Gənc oğlan dəfələrlə, təkidlə çəkiliş qrupunu buraya gətirəcəyini və bu kanallarda olan verilişlərin əksəriyyətinin redaktoru olduğunu əlavə etdi. Biz də ona inandıq. Avans kimi bizdən 30 manat pul aldı. Dediyinə görə, bir neçə saat sonra yenidən geri gəlməli idi. Ancaq biz ona nə qədər zəng etsək də, telefonlara cavab vermədi". 
 
G.Əsgərovadan pulu alan şəxs daha sonra yoxa çıxıb. Onunla mağazaya gələn taksi sürücüsü bu şəxsin hər kəsə borcu olduğunu, özünü kanal işçisi kimi təqdim edərək dələduzluqla məşğul olduğunu deyib:
 
"Anlaya bilmirəm ki, bu şəxs bu qədər kameranın önündən keçib necə bizi aldatmağa cəhd edib? Bizim bu görüntüləri təqdim etməkdə məqsədimiz digər sahibkarların da bu adamı tanımasıdır. Kanalların adından pul yığan şəxsi qoy hər kəs tanısın". 
 
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. 
 
Sözügedən şəxsin gəlinki mağazasına daxil olduğu anın qeydə alındığı görüntüləri təqdim edirik:

Xəbər lenti