Bakıda Nərmianov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada həkim xəstədən qeyri-qanunu pul tələb edib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə çek istəyib. Cavabında isə "çek verilmir” ifadəsini alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, müvafiq rayon üzrə qeydiyyatda olmayan şəxslər analiz vermək üçün qeydiyyata düşməlidir:
"Bəzən rayonlardan gəlib Bakıda yaşayan əhali qeydiyyata düşmür. Qeydiyyata düşəndən sonra analizdən keçmək pulsuzdur. İstənilən halda Səhiyyə Nazirliyi məsələni araşdıracaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub