Bakı Apellyasiya Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti hökmdən verilib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub