Cənub Afrikada ağdərili ferma sahiblərinin bir işçini zorla tabuta qoyub, diri-diri yandırmaqla təhdid etdiyini nümayiş etdirən video ölkəni ayağa qaldırıb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Viktor Mlotşva adlı qaradərili işçi zorla tabuta qoyulub. İşçisini diri-diri yandırmaqla təhdid edən ferma sahibləri Villm Oosthuizen və Teo Cekson həmçinin tabuta ilan atacaqlarını söyləyirlər.
Videoda Mlotşvanın əllərini birləşdirib dua etdiyi, qışqırıb ağladığı və "Xahiş edirəm, məni öldürməyin" dediyi eşidilib. Ferma sahiblərindən birinin isə ayağı ilə Mlotşvanı tabuta sıxdığı açıq-aydın görünüb.
Keçən ilin noyabr ayında çəkilən iki dəqiqəlik görüntünün ortaya çıxmasıyla Cənubi Afrikada əhali ayağa qalxıb. Yaşananlar uzun illər irqçilikdən çox əziyyət çəkmiş ölkədə zəlzələ təsiri bağışlayıb..
Şübhəli ağdərililər "işgəncə, öldürməyə təşəbbüs, gizlətmək" kimi cinayət əməllərinə görə mühakimə olunurlar.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub