Cənub Afrikada ağdərili ferma sahiblərinin bir işçini zorla tabuta qoyub, diri-diri yandırmaqla təhdid etdiyini nümayiş etdirən video ölkəni ayağa qaldırıb.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, Viktor Mlotşva adlı qaradərili işçi zorla tabuta qoyulub. İşçisini diri-diri yandırmaqla təhdid edən ferma sahibləri Villm Oosthuizen və Teo Cekson həmçinin tabuta ilan atacaqlarını söyləyirlər.
Videoda Mlotşvanın əllərini birləşdirib dua etdiyi, qışqırıb ağladığı və "Xahiş edirəm, məni öldürməyin" dediyi eşidilib. Ferma sahiblərindən birinin isə ayağı ilə Mlotşvanı tabuta sıxdığı açıq-aydın görünüb.
Keçən ilin noyabr ayında çəkilən iki dəqiqəlik görüntünün ortaya çıxmasıyla Cənubi Afrikada əhali ayağa qalxıb. Yaşananlar uzun illər irqçilikdən çox əziyyət çəkmiş ölkədə zəlzələ təsiri bağışlayıb..
Şübhəli ağdərililər "işgəncə, öldürməyə təşəbbüs, gizlətmək" kimi cinayət əməllərinə görə mühakimə olunurlar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub