Abşeronda dəhşətli yol qəzası baş verib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, ailənin faciəsinə çevrilən hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Tərəvəz daşıyan “Qazel” markalı avtomobil “MAN” markalı, qoşqulu yük avtomobilinə arxadan çırpılıb. Nəticədə “Qazel”in sürücüsü 43 yaşlı Etibar İsmixanov və sərnişini olan oğlu 20 yaşlı Araz İsmixanov həyatını itirib.
“Qazel” zərbədən sonra deformasiyaya uğradığından həlak olanların meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub