Bu gün axşam saatlarında Sumqayıtda baş vermiş partlayışın səbəbi tərəfimizdən araşdırılacaq.
Mynews.az Trend-ə istinadən bildirir ki, bunu hadisə yerində olan FHN-in nümayəndəsi bildirib.
FHN-in nümayəndəsi deyib: "İlkin olaraq onu deyə bilərik ki, yataqxananın 3-cü mərtəbəsində partlayış olub, sonra partlayışın ardınca yanğın baş verib. Hadisənin səbəbləri tərəfimizdən araşdırılacaq. Yalnız bundan sonra yanğının hansı səbəbdən baş verməsi məlum olacaq".
23:16
Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.
Sumqayıt Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
22:24
Sumqayıtda yataqxanada partlayış olub.
Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.
Mynews.az Trend-ə istinadən bildirir ki, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub