Toyda 10 nəfər qidadan zəhərlənib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Mingəçevirdə yerləşən şadlıq saraylarından birində baş verib. Toyda bir masada əyləşən qohumlar soyuq qəlyanaltılar yedikdən sonra səhhətlərində narahatlıq yaranıb. Bir müddət sonra isə 3 kişi və 7 qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan baş verən hadisə və zəhərlənənlərin vəziyyəti ilə bağlı əməkdaşlarımıza məlumat verməyiblər.
Şadlıq sarayının inzibatçısı Sabit Nərimanov isə "Xəzər Xəbər" bildirdi ki, obyekt icarəyə verilib və yeməklər toy sahibi tərəfindən hazırlanıb.
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev isə "Xəzər Xəbər"ə bildirdi ki, həm şadlıq sarayındakı yeməklərdən, həm də xəstələrdən analiz nümunələri götürülüb və laborator müayinə üçün partaxta göndərilib. Hadisənin dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub