Piyada səkisi qanunsuz olaraq zəbt edilib - VİDEO

657
Piyada səkisi qanunsuz olaraq zəbt edilib - VİDEO

Səkidə avtomobillərin park edilməsi üçün obyekt sahibi tərəfindən nişan da qoyulub.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bura Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsidir. Küçədəki hündürmərtəbəli binanın altında fəaliyyət göstərən obyektin sahibi piyada səkisini qanunsuz olaraq parkinq ərazisinə çevirib. Maşınlar səkinin üzərində park edildiyindən məcbur qalan piyadalar özlərini risqə ataraq avtomobil yoluna çıxırlar.
Piyada səkilərinin zəbt edilməsini şəhərin bir çox yerlərində görmək mümkündür. Məsələ ilə bağlı obyekt sahibin də mövqeyini öyrənmək istədik. Ancaq o, çəkiliş qurupu olduğumuzu bildikdən sonra, müsahibə vermək əvəzinə səkiyə qoyduğu nişanı götürüb apardı. (
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, əgər piyada səkisi zəbt olunarsa və piyadaların hərəkətinə maneə yaradılarsa, bununla bağlı inzbati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.

Xəbər lenti