Türkiyənin Aydın rayonunda bir ay əvvəl intihar edən həyat yoldaşının kədərinə dözə bilməyən Caner Taşkın yoldaşının məzarı üstündə odlu silahla başından atəş açaraq intihar edib.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Caner Taşkın (30) bir müddət əvvəl eyni mahalda Sevcan Taşkın ilə evlənib. Cütlük işə görə Bozdoğana qonşu olan Muğlanın Kavaklıdere ərazisinə köçüb. Ötən ay naməlum səbəblərdən həyat yoldaşı Sevcan intihar edincə Caner Taşkın işdən çıxıb, yoldaşının məzarının yerləşdiyi Bozdoğan mahalına qayıdıb.
Depressiyaya düşən və tez-tez yoldaşının məzarına gedən Caner ötən gün yenə yoldaşının qəbri üstə gedib. Bir müddət sonra qəbiristanlıqdan silah səsi eşidən ətrafdakı insanlar Caner Taşkını yoldaşının məzarı üstündə ölmüş vəziyyətdə tapıblar.
Sosial şəbəkə hesabından tez-tez həyat yoldaşı ilə olan xatirələrini paylaşan Caner "yer bildirişi" edərkən də "Toprak Sevcan" ilə birlikdə qeydini etməsi diqqət çəkirmiş.
Hadisə ilə əlaqədar təhqiqat davam edir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub