Ağsu rayonunda yaşlı kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.
Mynews.az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən vəhşi heyvan onu parçalayıb.
70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub