ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük məhbus Vəli Əliyevin həbsxana hekayəsinə yer verilib.
Mynews.az xəbər verir ki, ömürlük həbsə məhkum olunan şəxs inanılmaz etiraflar edib.
Əliyev Vəli (ömürlük məhkum): "Ömrümün çox hissəsi suda keçib, gənc yaşlarımda dalğıc kimi fəaliyyət göstərmişəm. Günün altında çox yanıb qaraldığım üçün mənə "Qara Vəli" deyirdilər. Kurs keçdikdən sonra respublikanın 1 nömrəli dalğıcı oldum. Yaxşı işlədiyim üçün "əməkdar dalğıc" adına layiq görüldüm. 1994-cü ildə Mingəçevir toxuculuq kombinatında direktor vəzifəsini icra edirdim. Sonra oradan çıxarıb, çörək zavodunun müdiri qoydular. Ən sonda isə troleybus parkının direktoru oldum.
1992-ci ildə 4 nəfərdən ibarət "bandit" dəstəsi peyda oldu. Rəhbərləri Camal adlı biri idi. O vaxt kimsə əlinə silah götürüb Qarabağda döyüşə gedirəm adı ilə çıxa bilirdi. Bunlar da bir dəstə qurmuşdular. Mingəçevirdə bu adamları öldürdülər. Məni, xalamoğlunu və qardaşımı tutdular. Bizə ömürlük cəza verdilər. O vaxtdan bu yana 24 saat 4 metrlik yerdə yaşayıram. Ayaqlarım tutulub, duz bağlayıb. Mən bu vaxta kimi kiməsə ağız açmamışam. İndi pensiyadayam, qardaşım, bacım, ailəm kömək edir. Sadəcə, istəyirəm ki, evə gedim, evdə dustaq olum. Başqa nəsə istəmirəm.
Keçən il 4 ay içində 7 nəfəri basdırdım. Qızım, xalamoğlu, bacılarım, nəvəm, yeznəm, qayınanam vəfat etdilər. Güllələnməyi ömürlük həbsdən üstün sayıram. Ömürlük həbs yerinə məni güllələsəydilər, sevinərdim. Ömürlüyün bir şeyi yaxşıdır ki, oğluma kimsə bir şillə vurmaq istəyəndə deyirlər ki, Vəlinin oğludur, çıxıb gəlib nəslini doğrayar. Amma ölsəydim, rahat davranardılar".
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub