Mingəçevir şəhərində toyda baş vermiş zəhərlənmənin səbəbi məlum olub.
Mingəçevirin "Ağsaray" şadlıq sarayında baş vermiş hadisə zamanı zəhərlənmiş 10 nəfərin 7-si qadın, 3-ü kişidir. Həmin şəxslərin hamısı qız evinin adamları olub. Eyni masada oturan şəxslər toydan bir gün əvvəl xüsusi olaraq özləri üçün bir neçə çeşid yemək hazırlayıblar, lakin yeməklər soyuducuya qoyulmayıb. İlkin ehtimala görə, zərərçəkənlər həmin yeməklərin hansısa birindən zəhərlənib.
Artıq hadisə ilə bağlı yemək nümunələri Bakıya göndərilib. Bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq.
(report.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub