Goranboyun Ağcakənd qəsəbəsi ərazisində istirahət məkanları çoxdur.
Mynews.az APA TV-yə istinadən xəbər verir ki, yayda burada avtomobil hərəkətinin intensivliyi kəskin artdığından yol polisi sürücülərin hərəkət qaydalarına riayət etməsi məsələsini nəzarətdə saxlamaq məqsədilə mütəmadi reydlər keçirir. Əsasən Xocalıdan olan məcburi köçkünlərin yaşadığı bu ərazidə reydlər də Xocalı rayonunun yol polisi əməkdaşları tərəfindən keçirilir.
Çox təəssüf ki, bu dəfə də həmişə olduğu kimi özlərinin, yaxınlarının və digər vətəndaşların həyatına biganəlik göstərərək, yollarda hərəkət qaydalarına riayət etməyən, sənədsiz, başqasının avtomobilini, yaxud da texniki baxış müddəti ötmüş maşın idarə edənlərə rast gəlinib.
Təəssüf ki, çox zaman olduğu kimi, bu dəfə də necə deyərlər, "reydlərin yaraşığı" olan sərxoş sürücülər də aşkarlanıb.
Ağcakənd qəsəbəsi ərazisindəki dağ yolundakı son reyd zamanı 5 nəfər sərxoş sürücü aşkarlanıb, həmçinin ümumən idarəetmə və hərəkət qaydalarını pozan 16 nəfər barəsində müxtəlif protokollar tərtib edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub