Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib.
Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb. Oxu.Az məsələnin təfərrüatını öyrənib. Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov məsələnin heç də qayınanasının dediyi kimi olmadığını deyib. "Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aytəni hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.
Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aytən Fuad qızı da Oxu.Az-a hadisəni təsdiqləyib. "Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”. Aytənin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub