İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb. Çənin içərisi yanacaqla dolu olub. Paytaxtın Xətai rayonunda yaşanan hadisə ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, yolda hərəkət dayanıb və insanlar təşviş içindədir.
Çünki, neft daşıyan maşının çəni qırılıb, yola düşüb və onun içərisi yanacaqla dolu olduğundan hər an faciəvi hadisə baş verə bilər. Görüntülər Xətai rayonunun Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsindəndir.
Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan maşınların daim bu ərazidən keçdiyini deyiblər.
Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib. Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan maşınlar elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub