Bu balaca qızcığaz əvvəllər şən, biraz utancaq rəsm çəkməyə həvəsli, həyatdolu uşaq idi. Nə boyu, nə də məsumluğu ilə yaşıdlarından seçilmirdi.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda valideynləri onun sağlamlığından narahat olub, həkimə aparıblar. Gözlərinə inanmayan valideynlərin bir anda damarda sanki qanı donub. Tibbi müayinə zamanı bəlli olub ki, qızcığaz hamilədir.
"Biz buna bənzər çox halla rastlaşmışıq. Lakin öncəki qızların ən az 14 yaşları var idi", - deyə həkimlər qəzəblərini gizlətməyiblər.
Məlum olub ki 10 yaşlı qızcığaz dəfələrlə dayısı tərəfindən cinsi zorakılığa məruz qalıb. Hazırda azğın pedofil həbsxanadadır və məhkəmə qarşısında cavab verəcəyi günü gözləyir.
Ailə abort üçün müraciət etsə də, ekspertlər bu qərarı rədd edir. Çünki qızcığaz hamiləliyin 32-ci həftəsindədir. Bu dövrdə abort baş tutarsa, o, həyatını itirə bilər.
Uşağın ailəsi məhkəmə qərarından çox qəzəblənib. Bəlli olub ki, Hindistan qanunlarına görə 20 həftədən yuxarı olan hamiləliyi sonlandırmaq olmaz. Bu yalnız bir şərtlə mümkündür ki, ya ananın, ya da körpənin həyatı təhlükəsi olsun.
Ən dəhşətlisi odur ki, balaca qız hamilə olduğunu bilmir. Valideynlər də bu haqda yeni öyrəniblər.
Adı və kimliyi məxfi saxlanılan qızcığazın anası məhkəməyə verdiyi ifadədə bildirib ki, bir neçə gün əvvəl qızı qarın ağrısından şikayətlənməyə başlayıb. Həkimə arparanda isə, hamiləlik xəbərini öyrəniblər.
Doğmaları vəziyyəti balacaya başa salmaq üçün qarnında daş böyüdüyünü bildiriblər. Uşağın psixoloji və fiziki xətər görməməsi üçün həkimlər və doğmaları səfərbər olublar.
Ailə sentyabrdan doğulacaq körpədən artıq imtina edib.
Acınacaqlı faktdır ki, Hindistanda uşaqlara qarşı cinsi zorakılıq halları səngimək bilmir. Hər 150 dəqiqədən bir bu ölkədə bir azyaşlı zorlanır. Dövlət isə bu halla mübarizə aparmaqda gücsüzdür.