Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Mynews.az xeberle.com-a istinadən xəbər verir ki, keçmiş polis işçisi Nazim Allahverdiyevmünaqişə zəminində həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəstəxananın baş həkiminin müavini Mirnazir Muxtarovun xeberle.com-a verdiyi məlumata görə, qadına dərhal cərrahi müdaxilə edilib və əməliyyata götürülüb. Əməliyyat uğurlu keçsə də, sonradan qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Qadının ölmə səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq.
Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub