Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.
Lent.az-ın məlumatına görə, bu barədə “Basta”ya mərhumun dayısı oğlu Mərdan Mehdili məlumat verib. Mərdan Mehdilinin bildirdiyinə görə, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.
“Rusiya polisi iki gün idi, itkin düşmüş şəxs kimi, onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb.
Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”. Mərdan bəy onu da qeyd edib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətiriləcək.Dəhşətli qətlin səbəbinə gəlincə, Mərdan Mehdili bununla bağlı məlumat olmadığını deyib.
“Onun kimsə ilə ədavəti, kiməsə borcu olmayıb. Əksinə, özü kimlərəsə borc pul verib. Qətlin səbəbi isə hələlik məlum deyil”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub