Astara rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az ARB TV-yə istinadən bildirir ki, rayonun Təngərud kənd sakini, 21 yaşlı Ağayev Kənan idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən daş hasara çırpılıb.
Hadisə nəticəsində onun avtomobildəki sərnişini, həmkəndlisi, 23 yaşlı Səmədov Xəzan ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. Sürücü özü isə yüngül xəsarət alıb.
Qeyd edək ki, hadisə gecə saatlarında baş verdiyindən avtomobilin qəzaya düşməsi səhər müəyyən edilib.
09:15
Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs "VAZ-2106" markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.
Nəticədə avtomaşında adıçəkilən şəxs hadisə yerində ölüb. Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib. Fakt araşdırılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub