Türkiyədə dünyasını dəyişən gənc aktrisa Mila Əminənin rəfiqəsi İnstaqram sosial şəbəkəsi vasitəsilə əhaliyə səslənib.
BiG.AZ xəbər verir ki, aktrisa Sevinc Şirinova canlı yayım edərək M.Əminənin nəşinin Bakıya gətirilməsi üçün xeyli miqdarda pul tələb olunduğunu qeyd edib və izləyicilərə bu məsələyə biganə qalmamalarını xahiş edib:
"Burdan Milanı çox istəyənlərə və istəməyənlərə səslənirəm. Hamınız onun fotosunu paylaşıb, rəhmət diləyirsiniz. Allah razı olsun. Amma hərə bir neçə manat yığsa, onun meyitini Azərbaycana gətirə bilərik. Dedilər ki, onun meyitini ölkəyə gətirmək olmur, bunun üçün çox pul tələb olunur. Buna görə də Türkiyədə basdırılmağına qərar verilib. Buna görə Milanı və məni istəyənlərə üz tuturam, kimin nəyə imkanı çatırsa, yardım etsin. Heç olmasa onun meyitini Azərbaycana gətirək. Onun ailəsinin bunun üçün maddi imkanı yoxdur".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub