Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq Baku Medical Plaza-ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
Mynews.az xəbər verir ki, Ankaradakı Gülhanə Hospitalından Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.
Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.
Qeyd edək ki, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəzada həlak olan Vaqif Əsədovun ailəsinə baş çəkib. Mətbuatda gedən məlumatlara əsasən, Əsədovun qızı hadisədə bütün günahların Nail Allahverdiyevin üstünə atmağın düzgün olmadığını deyib. "Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov "əlimlə nəvəmi aparıb polisə təslim etdim”, dedi. Günahkar axı təkcə Nail deyil" — o bildirib.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub