Qazaxda 100-dən çox qanun pozucusu saxlanılıb.
Mynews.az-ın ARB 24-ə istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb.
Reyd zamanı saxlanılan sərxoş sürücülər özlərinə bəraət qazandırmaq istəsə də həkim yoxlamasından keçdikdən sonra onların sərxoş olduqları təsdiqləndi. Qanunu pozanlara qarşı yerindəcə izibati qaydada protokol tərtib olundu.
"Mənim formama bax. İşdən evə, evdən də işə gedirəm. Mən hara gedirəm ki, onu da taxam. Uzaq yol gedən də istifadə edirəm”, - deyə sürücü bildirib.
Reyd zamanı polisin saxla əmrinə tabe olmayanlar da oldu. Sürücülər yola çıxarkən avtomobillərinin texniki nasazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu cür reydlər mütəmadi olaraq keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub